Valter Massarri: “Belə oynamağa davam etsək…”

“Napoli”nin baş məşqçisi Valter Massarri İtaliya A Seriyasının 15-ci turu çərçivəsində Turində “Yuventus”a məğlubiyyəti (0:1) haqda danışıb.

Arena.az DAZN-a istinadən italyan mütəxəssisin müvafiq xüsusda fikirlərini təqdim edir:

“Uşaqlar əla oyun göstərdilər. Düşünürəm ki, komandamız bu gün üstünlük göstərdi – demək olar ki, bütün ikinci hissədə “Yuventus”u öz qapısı qarşısında müdafiə etməyə məcbur etdik. Biz hər şeyi sınamışıq, amma bu, baş verir. Əminəm ki, bugünkü kimi oynamağa davam etsək, mütləq yaxşı nəticələr əldə edib, turnir cədvəlində yüksələcəyik”, deyə bildirib.

Qələbə sayəsində “Yuventus” A Seriyasında 36 xalla ikincidir. “Napoli” 24 xalla 5-ci pillədə qərarlaşıb. 15 turdan 38 xal toplamış “İnter” liderliyini sürdürür.

Xəbəri sosial şəbəkələrdə paylaş: