“Lester Siti” rəhbərliyi 48 yaşlı niderlandlı mütəxəssis Rud van Nistelroyu “tülkülər”in sükanı arxasından istefaya göndərib.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
“Tülkülər” niderlandlı mütəxəssislə müqaviləsinə erkən surətdə xitam veriblər, tərəflər qarşılıqlı razılaşma əsasında ayrılıblar.
Van Nistelroy “Lester Siti”yə 2024-cü ilin noyabr ayında baş məşqçi təyin edilmişdi və “tülkülər”lə müaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Çalışdırdığı müddətdə Van Nistelroy “tülkülər”i 27 oyuna çıxarıb, 5 qələbə, 3 heç-heçə və 19 məğlubiyyət yaşayıb, top fərqi isə 24:57 nisbətində idi.
Xatırladaq ki, “Lester Siti” 2024/2025-ci illər mövsümünün yekunlarına görə, İngiltərə Premyer Liqasından Çempionşipə yuvarlanıb. “Tülkülər” 18-ci yeri tutublar.


