Veteran güləşçilərimizdən dünya çempionatında 1 dəst medal

Oktyabrın 17-dən 22-nə qədər Yunanıstanın Lutraki şəhərində veteran güləşçilər arasında dünya çempionatı keçirilib.

Arena.az xəbər verir ki, ölkəmizi sərbəst güləşdə Cəlal Süleymanov (62 kq), yunan-Roma güləşində isə Xalid Cəfərov (70 kq) və Elgiz Məmmədov (88 kq) təmsil ediblər.

Cəlal Süleymanov (62 kq) qazaxıstanlı Medet Raximbay (tuş), yaponiyalı Ken Kikuçi (5:0) və amerikalı Benjamin Kyara (4:1) qalib gələrək dünya çempionu olub.

Xalid Cəfərov (70 kq) amerikalı Ceyms Ferqusona (9:1) tam üstünlüklə qalib gəsə də, yarımfinalda serbiyalı Milan Mariçə uduzub – 0:8. Cəfərov İsveçli Karl Qranbomu minimal fərqlə məğlub edərək (6:5) bürünc medala sahib çıxıb.

Elgiz Məmmədov (88 kq) rusiyalı Şamil Abulmuslimov (9:0), qazaxıstanlı Bakitjan Nuradinov (tuş) və amerikalı Kayl de Berrini (10:2) vaxtından əvvəl məyus edib. Həlledici görüşdə bolqarıstanlı Plamen Palevə 3:8 hesabıyla uduzan Məmmədov ardıcıl 2-ci dəfə dünya ikincisi olub.

Beləliklə, veteran güləşçilərimiz mundialda bir dəst medal qazanıb.

Qeyd edək ki, dünya çempionatında hakimlərimizdən Xəyal Əliyev, Sevinc Yusibova və Eldar Bayramov ədaləti qoruyanlar sırasında yer alıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: