Viktor Siqankov “Ayaks”da!

Futbol üzrə Ukrayna millisinin və “Jirona”nın yarımmüdafiəçisi Viktor Siqankov bundan sonra “Ayaks”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Niderland nəhənginin rəsmi saytına istinadən xəbər verir.

Amsterdam təmsilçisi bu transfer üçün İspaniya klubuna 4 milyon avro ödəyib. 28 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

“Jirona” Siqankovu 2023-cü ildə Kiyev “Dinamo”sundan 5 milyon avroya transfer etmişdi. Ukraynalı futbolçu La Liqa təmsilçisinin heyətində 119 oyuna çıxıb, 20 qol vurub, 23 məhsuldar ötürmə verib.

Viktor Siqankov Kiyev “Dinamo”sunun yetirməsidir. Yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 236 oyunda 94 qol vurub, 64 məhsuldar ötürmə müəllifi olub.

Siqankov 2016-cı ilin noyabrında ilk oyuna çıxdığı Ukrayna milli komandasında da 67 oyun keçirib, 14 qola imza atıb, 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı futbolçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: