Futbol üzrə İspaniya La Liqasında 28-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü dörd qarşılaşma baş tutub.
“Levante” – “Espanyol” matçında qalib müəyyənləşməyib. “Xetafe” ilə “Valensiya”nın görüşündə ümumiyyətlə qapılara qol vurulmayıb. “Qranada” evdə “Elçe”yə minimal hesabla uduzubsa, “Vilyarreal” doğma meydanda “Selta”ya tək qolla qalib gəlib.
Lider “Real” “Malyorka” ilə səfər matçına yüksək əhval-ruhiyyədə yollanacaq. Belə ki, Karlo Ançelottinin yetirmələri həftəiçi Çempionlar Liqasında PSJ-ni məğlub edərək, 1/4 finala vəsiqə qazanıb.
“Kamp Nou”da “Osasuna”nı qəbul edəcək “Barselona” La Liqada ardıcıl 4-cü qələbəsini qazanmaq niyyətindədir.
İspaniya La Liqası
28-ci tur
11 mart
Atletiko – Kadis 2:1
Qol: J.Feliks, 3. De Paul, 68 – Neqredo, 45.
12 mart
Levante – Espanyol 1:1
Qol: D.Qomes, 80 – Puado, 50.
Qranada – Elçe 0:1
Qol: Fidel, 11.
Vilyarreal – Selta 1:0
Qol: Parexo, 64.
Xetafe – Valensiya 0:0
13 mart
17:00 Rayo Valyekano – Sevilya
19:15 Betis – Atletik
21:30 Real Sosyedad – Alaves
00:00 Barselona – Osasuna
14 mart
00:00 Malyorka – Real


