Vinisius Junior “Sevilya”ya təşəkkür etdi

“Real”ın braziliyalı vingeri Vinisius Junior “Sevilya”nın onu irqi təhqir etmiş azarkeşi ev stadionundan qovmaq qərarına münasibət bildirib.

Arena.az AS dərgisinə istinadən Vinisiusun bu barədə fikirlərini təqdim edir:

“İspan futbolunun daha bir kədərli məqamında tez qərar verdiyi və azarkeşi stadiondan qovduğu üçün “Sevilya”ya təşəkkür edirəm. Təəssüf ki, keçən şənbə oyununda, bu dəfə bir uşaq tərəfindən edilmiş başqa bir irqçilik fəaliyyətinin videogörüntülərinə əlim çatır. Nə yazıq ki, onu yetişdirib tərbiyələndirən yoxdur. Mən müxtəlif baxışları olan vətəndaşlar tərbiyələndirmək üçün Braziliyada təhsilə böyük sərmayə qoyuram.

İndiki irqçinin siması digər hallarda olduğu kimi internet saytlarında da göstərilir. Ümidvaram ki, İspaniya hakimiyyəti qanunun birdəfəlik dəyişdirilməsi üçün öz üzərinə düşəni edəcək. Bu şəxslər də cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu, 2030-cu il dünya çempionatına hazırlıq üçün əla ilk addım olardı. Mən kömək etmək üçün buradayam. Təəssüf ki, bu, birmənalı səslənir, amma bu, artıq 19-cu haldır”, deyə Vinisius təəssüflə bildirib.

Xatrıladırıq ki, İspaniya futbolunda irqçiliklə bağlı xoşagəlməz hadisələr az qala adi hala çevrilib. “Real”ın braziliyalı hücumçusu Vinisius Junior müvafiq eybəcərliklərə tez-tez tuş gələn futbolçular arasındadır.

Xəbəri sosial şəbəkələrdə paylaş: