Vinisiusu “Gopçu Pinokkio” surətində təsvir etdilər – Foto

“Superdeporte” idman qəzeti üz qabığında “Real”ın braziliyalı hücumçusu Vinisiusu Pinokkionun uzun burnu ilə gopçu surətində təsvir edib.

Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.

Bu təsvir futbolçunun cari ilin may ayının 21-də “Mestalya” stadionunda üzləşdiyi irqçi təhqirlər müqabilində, oktyabrın 5-də məhkəmədə zərərəçəkmiş və şahid qismində verdiyi ifadə zamanı sui-istifadəyə yol verməsi nəticəsində dərc edilib.
Braziliyalı superulduz məhkəmədə deyib ki, ünvanına yönəlmiş irqçi qışqırıqlar iki-üç nəfərdən deyil, bütün stadiondan səslənib.

Valensiya nəşrinin Vinisiusu məşhur italyan yazıçı Karlo Kollodinin uşaq nağılları silsiləsindən olan “Pinokkionun macəraları” əsərinin baş qəhrəmanı, yalan danışdığı zaman burnu uzanan Pinokkio ilə müqayisə etməsi “Real”ın düşərgəsində hiddət doğurub. “Real”dan Valensiya nəşrinin bu addımının “təəssüfəlayiq” olduğu bildirilib:

“Yazıqlar olsun – bu, yumşaq desək. Bu, cinayətlə həmsərhəddir. Şahidi sübut olmadan ifadə verməkdə ittiham edirlər. Bu, hiddətlidir. Qəzet cinayət sərhəddində dayanıb”, – “Real”ın rəsmi bəyanatının mətnində deyilir.

Xatırladaq ki, cari ilin may ayının 26-da Valensiya məhkəməsi Vinisiusun sözləri əsasında, braziliyalı futbolçunun oyunların birində üzləşdiyi irqçi təhqirlərlə bağlı araşdırmaya başlayıb. Hücumçunu irqi zəmində təhqir etmiş azarkeşin kimliyi oyundan sonra müəyyən edilib və daha sonra təqsirkar həbsə alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: