Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bosniya və Herseqovinadakı təlim-məşq toplanışına yekun vurub.
Arena.az xəbər verir ki, Ataman Güneyligilin rəhbərlik etdiyi komandamız Zenitsadakı hazırlıq çərçivəsində üç yoxlama oyunu da keçirib.
Komandamız bütün oyunlarını yerli Bosniya və Herseqovina yığmasına qarşı keçirib. İlk oyunda 2:2 hesabı qeydə alınıb. Digər iki qarşılaşmada isə millimiz 3:1 hesabı ilə qələbə qazanıb. Bu oyunlarda komandamızın yeni sistem və taktikaları sınaqdan keçirilib.
Xatırladaq ki, Azərbaycan millisi AÇ-2021-də Bosniya və Herseqovina yığmasına 0:3 hesabı ilə məğlub olmuşdu.


