Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Avropa Liqasının birinci mərhələsində bu gün ikinci oyununu keçirib.
Arena.az xəbər verir ki, Boris Qrebennikovun baş məşqçi olduğu komanda İsveçin Lund şəhərində təşkil edilmiş birinci mərhələnin sonuncu oyununda yerli komanda ilə üz-üzə gəlib.
Millimiz İsveçin Lund şəhərində baş tutmuş qarşılaşmadan məğlubiyyətlə ayrılıb. Oyun İsveç yığma komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, yığmamız bu mərhələni iki məğlubiyyətlə başa vurub. Komandamız daha öncə Yunanıstana da məğlub olmuşdu.
Qeyd edək ki, Avropa Liqasının ikinci mərhələsinin oyunları 12-14 iyun aralığında Rumıniyada keçiriləcək. Azərbaycan millisi bu mərhələdə İspaniya və ev sahibi Rumıniya yığmaları ilə qarşılaşacaq.
Avropa Liqası
7 iyun
İsveç – Azərbaycan 3:0 (25:14, 25:17, 25:20)


