Voleybol üzrə ölkə çempionatında yarımfinalın proqramı açıqlandı

Voleybol üzrə Azərbaycan çempionatında həm kişilər, həm də qadınlar arasında Yüksək Liqanın yarımfinal oyunlarının vaxtı dəqiqləşib. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yarımfinal və final mərhələlərindən ibarət pley-offda ilk qarşılaşmalar martın 29-da və 30-da keçiriləcək. Martın 29-da qadın voleybolçuların Yüksək Liqasında yarımfinalın ilk oyunları çərçivəsində “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə UNEC-lə qarşılaşacaq. Martın 30-da isə kişi voleybolçuların Yüksək Liqasının ilk yarımfinal matçlarında “Murov”la MOİK, “Xarı bülbül”lə isə “Neftçi” üz-üzə gələcək.

Oyunlar Bakıdakı Voleybol Mərkəzində keçiriləcək. Azarkeşlərin mərkəzə girişi sərbəstdir.

Xatırladaq ki, əsas mərhələdə baş tutmuş dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutan klubla qarşılaşır. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Yüksək Liqa (qadınlar)

Yarımfinal (1-ci oyun)
16:00 “Abşeron” – “Murov”
18:00 “Azərreyl” – UNEC

Yüksək Liqa (kişilər)

Yarımfinal (1-ci oyun)
16:00 “Murov” – MOİK
18:00 “Xarı bülbül” – “Neftçi”

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: