Voleybol üzrə Yüksək Liqalarda 12-ci turun oyun cədvəli açıqlandı

Voleybol üzrə Azərbaycan çempionatında həm kişilər, həm də qadınlar arasında Yüksək Liqanın 12-ci turunun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan çempionatlarında əsas mərhələnin sonuncu turunun oyunları 14 və 15 martda keçiriləcək. Dörd dövrədən və pley-off mərhələsindən ibarət olan çempionatların son turu məhz gələn həftə baş tutacaq.

Martın 14-də qadın voleybolçuların Yüksək Liqasının 12-ci turunda “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə UNEC-lə qarşılaşacaq. Martın 15-də isə kişi voleybolçuların Yüksək Liqasında sonuncu tur çərçivəsində MOİK-lə “Neftçi”, “Xarı bülbül”lə isə “Murov” üz-üzə gələcəklər.

Oyunların hamısı Voleybol Mərkəzində keçiriləcək. Federasiyadan verilən məlumata görə, mərkəzə giriş sərbəstdir.

Dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutan klubla üz-üzə gələcək. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi davam edəcək.

Yüksək Liqa (qadınlar)
4-cü dövrə, 12-ci tur
14 mart

16:00. “Abşeron” – “Murov”
18:00. “Azərreyl” – UNEC

Yüksək Liqa (kişilər)
4-cü dövrə, 12-ci tur
15 mart

16:00. MOİK – “Neftçi”
18:00. “Xarı bülbül” – “Murov”

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: