Xabi Alonso “Bayer”in ÇL-ə vəsiqə qazanmasından danışdı

“Bayer”in baş məşqçisi Xabi Alonso “əczaçılar”ın Çempionlar Liqasının növbəti mövsümündə iştirakını təmin etməsinə şərh verib.

Arena.az məlumat verir ki, ispan mütəxəssisin bu barədə fikirlərini “Bayer”in mətbuat xidməti Leverkuzen klubunun rəsmi “X” sosial şəbəkə hesabı üzərindən paylaşıb:

“UEFA Çempionlar Liqası əvvəldən mübarizə aparmaq istədiyimiz turnirdir. İndi biz demək olar ki, oradayıq və böyük məqsədə nail olmaq bizim üçün əla olardı”, deyə Xabi Alonso bildirib.

Xatırladaq ki, Bundesliqanın 25 turundan sonra “Bayer” məğlubiyyət nə olduğunu bilmədən 67 xalla yarış cədvənin zirvəsində qərarlaşıb. “Əczaçılar” ən yaxın izləyicisi, Almaniya nəhəngi “Bayern”i 10 xal qabaqlayırlar. Bundesliqanın cari mövsümünün bitməsinə 9 tur qalmış bu fərqin münhenlilər tərəfindən aradan qaldırılacağı isə inandırıcı görünmür.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: