“Xarı Bülbül” “Spartak”a cavab matçında da qalib gəldi

Azərbaycanın kişi voleybolçulardan ibarət “Xarı Bülbül” (Şuşa) komandası Çelenc kubokunda 1/16 final mərhələsinə vəsiqə qazanıb.

Arena.az xəbər verir ki, Şuşa təmsilçisi avrokuboklardakı debüt mövsümündə startda Slovakiyanın “Spartak” (Miyava) komandası ilə mübarizə aparıb.

Bu gün komandalar arasında 1/32 final mərhələsinin cavab oyunu keçirilib. Dünən baş tutmuş ilk oyunda 3:0 hesabı ilə qələbə qazanan debutant bu dəfə də rəqibini məğlub edib – 3:1. Bu qələbələr sayəsində təmsilçimiz 1/16 finala vəsiqə qazanıb.

Növbəti mərhələdə Şuşa komandası Yunanıstanın “Panathinaikos” (Afina) klubu ilə üz-üzə gələcək. Komandalar arasında ilk qarşılaşma noyabrın 29-da Yunanıstanda baş tutacaq. Cavab oyununun keçirilmə vaxtı ilə bağlı məlumat veriləcək.

Çelenc kuboku
1/32 finalın cavab oyunu
26 oktyabr

“Spartak” (Miyava) – “Xarı Bülbül” (Şuşa) 1:3 (22:25, 25:22, 21:25, 21:25)

Xəbəri sosial şəbəkələrdə paylaş: