“Xarı Bülbül” “Spartak”a qarşı

Azərbaycanı voleybol üzrə Çelenc Kubokunda təmsil edən “Xarı Bülbül” (Şuşa) komandası bu gün bu turnirdə ilk oyununa çıxacaq.

Arena.az xəbər verir ki, təmsilçimiz 1/32 final mərhələsində Slovakiyanın “Spartak” (Miyava) kollektivi ilə üz-üzə gələcək.

Tərəflərin qarşılıqlı razılığına əsasən, hər iki oyun Bakıda keçiriləcək. Bugünkü qarşılaşmada təmsilçimiz, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq. Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək və saat 18:00-da başlayacaq. Azarkeşlər üçün zala giriş sərbəstdir.

Çelenc Kuboku
1/32 final

25 oktyabr
18:00. “Xarı Bülbül” – “Spartak”

26 oktyabr
18:00. “Spartak” – “Xarı Bülbül”

Xəbəri sosial şəbəkələrdə paylaş: