Xavi “Barselona”dakı “çuğul”u axtarır

Son zamanlar “Barselona”nın düşərgəsindən mətbuata sızan və bununla yanaşı təhrif edilərək həqiqətdən uzaq mənzərə yaradan xəbərlər yayılıb.

Arena.az “El Chiringuito TV”yə istinadən məlumat verir ki, “blauqrana”nın baş məşqçisi Xavi başda olmaqla, klub rəhbərliyi bu “çuğul”un axtarışı ilə məşğuldur.

Xavi klubun düşərgəsindən jurnalistlərə məlumat sızdıran bu “köstəbəy”in kimliyini müəyyənləşdirmək üçün tədbirlər görüb. Mütəxəssis messencerlərin birində əməkdaşlarının hesablarını yoxlayıb.

Vurğulanır ki, Xavi həmin kəslərin jurnalistlərlə əlaqələrini axtarıb. Üstəlik, saxta xəbərlərə rəğmən, klubdan “sızan” bir çox xəbərin doğru olduğu da vurğulanır. Xavi hətta jurnalistlərlə özü şəxsən əlaqəyə çıxaraq, təqdim edilmiş xəbərlərin mənbəyi haqda məlumat əldə etməyə cəhd edib. Amma bütün cəhdlərə rəğmən, “çuğul” ələ keçməyib.

“Barselona” bu məsələni çözmək üçün tədbir axtarışındadır.