“Barselona”nın baş məşqçisi Xavi ötən gecə başa çatan İspaniya La Liqasının 2022/2023 mövsümünün yekunları barədə qısa hesabat verib.
Arena.az xəbər verir ki, o, İspaniya çempionatının 38-ci turu çərçivəsində baş tutan “Selta” ilə səfər oyunundan (1:2) sonra bunları dilə gətirib:
“Əla mövsüm keçirdik. Möhtəşəm idi. Bizdən tələb olunan səviyyədə rəqabət aparmaq üçün özümüzü gücləndirməli olduğumuzu da başa düşürük. Həlledici addım güclənməkdir ki, bütün titullar uğrunda mübarizəyə qadir olaq. Bu oyunun kimin üçünsə son oyun olub-olmadığını bilmirəm. Bu həftə baş verənlər nəhayət ki, işimizin öhdəsindən gələ bilib-bilməyəcəyimizi göstərəcək. Bu, komandanı gücləndirmək üçün hansı ssenariyə malik olacağımızı planlaşdırmaq və görmək üçün əsas həftədir”.
Xatırladaq ki, Xavi 2021-ci ilin noyabr ayından bu komandaya rəhbərlik edir. “Barselona” geridə qalan mövsümdə 43 yaşlı mütəxəssisin rəhbərliyi altında La Liqanı və İspaniya Super Kubokunu qazanıb.