“Barselona”nın baş məşqçisi Xavi PSJ-nin hücumçusu Neymarın bu yay Kataloniya klubuna keçə biləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Arena.az “Football Espana” nəşrinə istinadən Xavinin sözlərini diqqətinizə çatdırır:
“Bu, sürprizdir. Bura baxın, mən Neymarı bir insan, bir oyunçu, dost kimi qiymətləndirirəm. O, əla oyunçudur. Ancaq o, bizim planlarımıza daxil deyil”.
Daha əvvəl bildirilirdi ki, “Barselona” Lionel Messinin transferində uğursuzluğa düçar olduqdan sonra klubu gücləndirmək üçün variantlar axtarır. Bu baxımdan klubun Neymarla müqavilə bağlamağı nəzərdən keçirdiyi iddia olunurdu.
Xatırladaq ki, Neymar 2017-ci ildən PSJ-də çıxış edir. Hücumçunun cari müqaviləsi 2025-ci ilə qədərdir. Buna qədər Neymar 2017-2017-ci illərdə “Barselona”nın şərəfini qoruyub. PSJ-nin Neymarı satışa çıxardığıda bildirilib.
Neymar ötən mövsümdə PSJ-nin heyətində 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə ilə fərqlənib və Fransa çempionluğunu qazanıb.
“Transfermarkt” internet-portalı Neymarı 70 milyon avro məbləğində qiymətləndirir.


