“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 25-ci turunda “Selta” ilə səfər oyunundakı qələbəsini (2:1) şərh edib.
Arena.az “Managing Barça” dərgisinə istinadən, Xavinin bu barədə fikirlərini təqdim edir:
“Komandanın qarşılığından çox məmnunam. Getdiyimi elan etdiyim vaxtdan bəri mümkün on iki xaldan on xal toplamışıq. Qələbəyə aparan yol çətin idi, amma komanda böyük səy göstərdi”, deyə Xavi vurğulayıb.
Qələbə sayəsində 25 oyundan 54 xal toplamış “Barselona” turnir cədvəlinin 3-cü pilləsində yerini möhkəmlədib. “Selta” isə 20 xalla 17-ci pillədədir. La Liqaya 24 oyundan 61 xal toplamış “Real” başçılıq edir.


