Xavi “Valensiya” ilə oyunda xal itkisindən danışdı

“Barselona”nın baş məşqçisi Xavi İspaniya çempionatının 17-ci turunda “Valensiya” ilə oyunun (1:1) nəticəsini şərh edib.

Arena.az “Marca” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Qələbəyə layiq idik. Çox yaxşı oynadıq və qələbə üçün lazım olan hər şeyi etdik. Qalib gəlmək üçün kifayət qədər imkan yaratdıq. Rəqib bölgəsində çox güclü olmalıyıq. Düşünürəm ki, iki xalı verdik. Diqqət yetirməli olduğumuz bir şey varsa, bu, səmərəlilikdir. Belə halları bağışlaya bilmərik. Biz özümüzdən daha çox tələb etməliyik. Mən sakitəm. Məyusam, çünki düşünürəm ki, bu oyun qazanmalı idik. Mən nikbin olmaq istəyirəm, biz daha yaxşı olamağa hazırlaşırıq”, deyə Xavi bildirib.

Hazırda “Barselona” La Liqanın turnir cədvəlində 35 xalla 3-cü pillədə qərarlaşıb. 16 turdan sonra 39 xal toplamış “Real” 2-ci, 41 xal toplamış “Jirona” isə 1-ci pillədə yer alıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: