Azərbaycanın kişi voleybolçulardan ibarət “Xilasedici” komandası Çelenc Kubokunun 2025/2026-cı illər mövsümündə növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, təmsilçimiz bu turnirin 1/32 final mərhələsində Rumıniyanın “Styaua” komandası ilə üz-üzə gəlib.
Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutmuş oyunda Bakı təmsilçisi 3:1 hesablı qələbə qazanıb. İlk matçı rəqib komanda 3:0 hesabı ilə üstün başa vurduğundan qalibi müəyyənləşdirmək üçün “qızıl set”ə ehtiyac duyulub. Həlledici seti 15:13 hesabı ilə xeyrinə başa vuran Azərbaycan təmsilçisi 1/16 finala yüksəlib.
Növbəti mərhələdə komandamızın rəqibi Belçikanın “Lindemans” klubu olacaq. İlk oyun 2026-cı il yanvar 7-də Belçikada keçiriləcək.
Çelenc Kuboku
1/32 final mərhələsinin cavab oyunu
20 noyabr
Xilasedici – Styaua 3:1 (25:23, 25:17, 15:25, 28:26)
Qızıl set: 15:13.


