Yakub Kivyor 25 milyon avroya “Arsenal”da!

Futbol üzrə Polşa milli komandasının və İtaliyanın “Spetsiya” klubunun müdafiəçisi Yakub Kivyor A Seriyası təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu İngiltərənin “Arsenal” klubuna transfer olunub.

Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. heyətini yeni futbolçu ilə gücləndirib. İngilislər polşalı oyunçunun transferi üçün “Spetsiya”ya 25 milyon avro ödəyiblər.

Gənc futbolçu ilə 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb. Müdafiəçi yeni komandasında 15 nömrəli forma geyinəcək.

Yakub Kivyor peşəkar karyerasına Slovakiyanın “Jeleziarne” komandasında başlayıb. Daha sonra o, bu ölkənin daha məşhur “Jilina” klubuna keçib. Müdafiəçi “Spetsiya”ya da 2021-ci ilin avqust ayında məhz “Jilina”dan, 2.2 milyon avro qarşılığında transfer olunub. “Jilina”da 61 oyuna 4 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olmuş gənc futbolçu, “Spetsiya”da da 43 oyun keçirib.

Polşanın aşağı yaş qrupları üzrə bütün yığmalarında forma geyinmiş müdafiəçi, 2022-ci ilin iyun ayında debüt etdiyi əsas millidə 9 oyuna çıxıb.