Yan Kouto: “Almaniyaya köçün fərqli olacağını gözləmirdim”

Dortmund “Borussiya”sının 23 yaşlı brazilyalı sağ cinah müdafiəçisi Yan Kouto həmvətənlərinin Almaniyada oynaya bilməməsini əsaslandırıb.

Arena.az “BorussiaDortmund.net.br” saytına istinadən, Koutonun müvafiq açıqlamasını təqdim edir:

“Mən dörd il İspaniyada oynamışam. İnsanlara və dilə alışmışam. Almaniyaya köçün bu qədər fərqli olacağını isə gözləmirdim. Həm şəxsi, həm də “Borussiya” və kənarlaşmış insanlarla ünsiyyət baxımından. Bax, elə buna görə də bir çox braziliyalı daha Almaniyaya getmir. Bu, asan deyil, amma mənə, bunun öhdəsindən gəlmək gərək olur”, deyə Kouto vurğulayıb.

Yan Kouto “Koritiba”nın məzunudur. Müdafiəçi, karyerası ərzində “Jirona”, “Braqa” və Dortmund “Borussiya”sında icarələrdə olub. Kouto həmiçinin 2020-2025-ci illərdə “Mançester Siti”də yer alsa da, “şəhərlilər” üçün bir oyun belə, keçirməyib.

2024/2025-ci illər mövsümünü Kouto “Mançester Siti”dən icarə əsasında “Borussiya”da keçirib. Mövsümün başa çatması ilə braziliyalı futbolçu iyul ayında 20 milyon avro məbləğ müqabilində “şəhərlilər”in düşərgəsindən tamhüquqlu əsasda “eşşəkarıları”nın düşərgəsinə keçib. Tərəflər 5 illik – müddəti 2030-cu iliin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Geridə qalmış mövsümdə Kouto “Borussiya” üçün 35 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.

Yan Kouto 2023-cü ilin oktyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 4 oyun keçirib, 1 məhsuldar ötürmə verib.
Koutunun qənimətlər muzeyində Braziliyanın U-17 komandası ilə dünya çempionluğu (2019) var.

“Transfermarkt” internet-portalı 23 yaşlı brazilyalı sağ cinah müdafiəçisinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: