Türkiyənin “Yeni Malatyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçilər Stiv Mallan və Mert Örneki transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Balıkesirspor”dan transfer edilən Mert Örnek ilə 3 illik müqavilə imzalanıb. “Bursaspor”un yetirməsi olan sağ cinah vingeri, əvvəllər “Girəsunspor” və “Sancaktepe” klublarının da formasını geyinib.
“Yeni Malatyaspor” ötən mövsüm Şotlandiyanın “Hibernian” klubundan icarəyə götürdüyü Stiv Mallanın da transfer hüquqlarını alıb. Şotlandiyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Stiv Mallan ötən mövsüm bu komandanın heyətində 17 matça çıxıb, 2 qol vurub. O, əvvəllər “Sent Mirren” və “Barnsli” klublarının da formasını geyinib.