Yeni mövsümün ilk UEFA reytinqi: Azərbaycan 25-cidir

Çempionlar Liqasının, Avropa Liqasının və Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Arena.az xəbər verir ki, Azərbaycan hazırda 17,000 əmsalla 25-ci pillədə qərarlaşıb.

Buna “Zirə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında “Şerif”i üstələməsi (1:0) səbəb olub. Bu qələbə ölkəmizə 0,250 əmsal qazandırıb.

Azərbaycan Kipri (16,975) arxada qoyub. 24-ci pillədə Slovakiya (17,125) qərarlaşıb.

Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (89,160) başçılıq edir. İtaliya (79,106) ikinci, İspaniya (73.989) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (71,660) dördüncü, Fransa (57,736) isə beşincidir.

Türkiyə 33,600 əmsalla 9-cu sırada qərarlaşıb.

Sonda onu da xatırladaq ki, UEFA reytinqində hər klubun avrokubokların təsnifat mərhələsindəki qələbəsi ölkəsinə 0,250, hər heç-heçəsi isə 0,125 bal qazandırır. Məğlub olan komandalar isə reytinqə heç bir təsir göstərmirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: