İngiltərənin “Mançester Siti” komandasının formasını geyinən Yoşko Qvardiol və Ruben Dias hazırda dünyanın ən bahalı müdafiəçiləridir.
Arena.az xəbər verir ki, “Transfermarkt” internet-portalı aralıq yeniləmələrin nəticələrinə əsasən dünyanın ən bahalı müdafiəçilərinin siyahısını dərc edib.
İlk onluqdakı ilk iki yeri “Mançester Siti”nin futbolçuları – xorvat mərkəz müdafiəçisi Yoşko Qvardiolla portuqaliyalı mərkəz müdafiəçisi Ruben Dias tutublar. Hər iki müdafiəçinin transfer dəyəri 80 milyon avro məbləğində qiymətləndirilir.
Siyahıda 3-cü yerdə “Arsenal”ın fransalı mərkəz müdafiəçisi Vilyam Saliba qərarlaşıb – 75 milyon avro.
Dünyanın ən bahalı müdafiəçilərinin ilk onluğunu təqdim edirik:
- Yoşko Qvardiol (“Mançester Siti”, 80 milyon avro);
- Ruben Dias (“Mançester Siti”, 80 milyon avro);
- Vilyam Saliba (“Arsenal”, 75 milyon avro);
- Alfonso Devis (“Bayern”, 70 milyon avro);
- Ronald Arauxo (“Barselona”, 70 milyon avro);
- Eder Militao (“Real”, 70 milyon avro);
- Trent Aleksander-Arnold (“Liverpul”, 70 milyon avro);
- Matteys de Liqt (“Bayern”, 65 milyon avro);
- Kristian Romero (“Tottenhem”, 65 milyon avro);
- Əşrəf Hakimi (PSJ, 65 milyon avro).


