Qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 3-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda UNEC evdə “Azərreyl” ilə qarşılaşıb. UNEC-in idman zalında baş tutmuş görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, 3-cü turun növbəti oyunları 20-21 noyabr tarixlərində keçiriləcək.
Yüksək Liqa
3-cü tur
19 noyabr
UNEC – Azərreyl 3:0 (25:20, 25:18, 25:21)


