Yüksək Liqa: “DH Volley” “Murov”a da qalib gəldi

Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 3-cü turun daha bir oyunu keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyununda “DH Volley” komandası “Murov”la üz-üzə gəlib.

Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutmuş matçın qalibi üç setdə müəyyənləşib. Rəqibini 3:0 hesabı ilə məğlub edən “DH Volley” növbəti qələbəsini qazanıb.

Xatırladaq ki, turun ötən gün baş tutmuş ilk görüşündə UNEC “Azərreyl”i 3:0 hesabı ilə məğlub etmişdi. 3-cü tura noyabrın 21-də yekun vurulacaq. Turun sonuncu oyunu sabah Gəncə şəhərində “Gəncə” və “Turan” komandaları arasında keçiriləcək.

Yüksək Liqa
3-cü tur
20 noyabr

DH Volley – Murov 3:0 (25:15, 25:17, 25:22)

Xəbəri sosial şəbəkələrdə paylaş: