Yüksək Liqa: “Gəncə” “DH Volley”ə evdə uduzdu

Qadın voleybolçulardan ibarət komandalar arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün daha bir oyun keçirilib.

Arena.az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilmiş 6-cı turun qarşılaşmasında “DH Volley” komandası “Gəncə” klubunun qonağı olub.

Maraqlı və gərgin mübarizə şəraitində keçən görüşün qalibi dörd setdə müəyyənləşib. Yekunda “DH Volley” komandası oyundan 3:1 hesabı ilə qalib ayrılıb.

Yüksək Liqa
6-cı tur
29 noyabr

“Gəncə” – “DH Volley” 1:3 (18:25, 17:25, 25:17, 17:25)

Xəbəri sosial şəbəkələrdə paylaş: