Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) yarımfinal mərhələsinə start verilib. Arena.az xəbər verir ki, yarımfinalın ilk oyunları Azərbaycan Voleybol Mərkəzində təşkil olunub. “Murov”la MOİK-lə, “Xarı bülbül” komandası isə “Neftçi” ilə qarşılaşıb.
Günün ilk matçı “Murov” və MOİK komandaları arasında baş tutub. Görüş “Murov”un 25:20 hesablı üstünlüyü ilə başlayıb. Fərid Cəlalovun komandası rəqibindən üstün oyun göstərərək sonrakı hissələrdə də (25:18, 25:14) qalib gəlib. Beləliklə “Murov” yarımfinalda ilk qələbəsini qazanıb.
Günün digər qarşılaşmasında “Xarı bülbül”lə “Neftçi” üz-üzə gəlib. Oyuna daha yaxşı başlayan “Xarı bülbül” ilk iki seti 25:22 və 25:17 hesabları ilə öz xeyrinə yekunlaşdırıb. Növbəti hissədə “Neftçi” 25:21 hesablı qələbə ilə ümumi hesabı azalda bilib. Lakin təşəbbüsü yenidən ələ alan Şuşa təmsilçisi 25:19 hesabı ilə qalib gələrək meydandan 3:1 hesablı qələbə ilə ayrılıb.
Xatırladaq ki, yarımfinal mərhələsi iki qələbəyə kimi, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.
Yüksək Liqa (kişilər)
Yarımfinalın birinci oyunları
30 mart
“Murov” – MOİK 3:0 (25:20, 25:18, 25:14)
“Xarı bülbül” – “Neftçi” 3:1 (25:22, 25:17, 21:25, 25:19)


