Yüksək Liqa: “Ordu” və “Neftçi”dən qələbə

Kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/26 mövsümünün 4-cü turuna start verilib.

Arena.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.

Əvvəlcə “Ordu” “Azərreyl” üzərində 3:1 (23:25, 25:23, 26:24, 25:19) hesablı qələbə qazanıb.

Ardınca isə “Neftçi” “Xilasedici” ilə qarşılaşıb. Paytaxt təmsilçisi rəqibi üzərində asan qələbəyə sevinib – 3:0 (25:21, 25:23, 25:22).

Tura noyabrın 28-də yekun vurulacaq. Son oyunda “Murov” və “Gənclər” komandaları üz-üzə gələcəklər. “Murov”un idman zalında keçiriləcək oyuna saat 16:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: