Yüksək Liqa: “Xarı bülbül” qalib gəldi, “Neftçi” meydana çıxmadı

Bu gün voleybol üzrə Azərbaycan çempionatında (Yüksək Liqa, kişilər) 4-cü dövrəyə start verilib. Arena.az xəbər verir ki, 10-cu turun açılış oyununda “Neftçi” və “Murov” komandaları qarşılaşmalı idi.

Lakin bu oyun baş tutmayıb. “Neftçi” klubu oyuna çıxmadığına görə matçın hakimləri və oyunun supervayzeri qaydalara uyğun olaraq, bu komandaya texniki məğlubiyyət veriblər.

Voleybol Mərkəzində təşkil olunmuş günün yeganə oyununda isə “Xarı bülbül” və MOİK komandaları üz-üzə gəliblər. Qarşılaşma Şuşa komandasının üstünlüyü ilə başa çatıb. İlk setdə 25:19 hesabı ilə qalib gələn “Xarı bülbül” ikinci setdə 24:26 hesabı ilə məğlub olub. Bununla belə, təcrübə öz sözünü deyib. Üçüncü və dördüncü hissələri 25:17, 25:17 hesabı ilə qalib başa vuran “Xarı bülbül” 3 xalı 3:1 hesablı qələbə ilə əldə edib.

Beləliklə, 10 turdan sonra Azərbaycan Yüksək Liqasında “Murov” 29 xalla turnir cədvəlində birincidir. 18 xala malik “Xarı bülbül” ikinci, 12 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

Yüksək Liqa
10 tur
3 mart

“Neftçi” – “Murov” 0:3 (texniki məğlubiyyət)
“Xarı bülbül” – MOİK 3:1 (25:19, 24:26, 25:17, 25:17)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: