Yüksək Liqa: “Xilasedici” və “Gəncə”dən asan qələbə

Bu gün qadın və kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatlarında (Yüksək Liqa) 2-ci turun növbəti oyunlar keçirilib.

Arena.az xəbər verir ki, qadınların yarışında “Gəncə” “Murov”la üz-üzə gəlib.

“Murov” Voleybol Komandasının idman zalında keçirilmiş oyunda Gəncənin eyniadlı təmsilçisi asan qələbəyə sevinib.

Kişilərin mübarizəsində isə “Xilasedici” “Ordu” ilə qarşılaşıb. Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutmuş görüşdə “Xilasedici” rəqibini 3:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, daha öncə qadınların yarışında 2-ci turun ilk oyunu çərçivəsində “DH Volley” “Azərreyl”i 3:2 hesabıyla məğlub etmişdi.

Yüksək Liqa
21 oktyabr

Qadınlar, 2-ci tur

“Murov Az Terminal” – “Gəncə” 0:3 (18:25, 23:25, 21:25)
“Murov” Voleybol Komandasının idman zalı.

Kişilər, 2-ci tur

“Ordu” – “Xilasedici” 0:3 (21:25, 21:25, 21:25)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

Xəbəri sosial şəbəkələrdə paylaş: