Yüngül atletika: Əl-Bakkalidən 4-cü dünya çempionluğu!

Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında kişilər arasında 3000 metr məsafəyə maneələrlə qaçış yarışı başa çatıb.

Arena.az xəbər verir ki, qızıl medalı 2020-ci il Olimpiya çempionu, cari dünya çempionu mərakeşli Sufyan Əl-Bakkali qazanıb.

Ümumilikdə, Əl-Bakkali dördüncü dəfə dünya çempionatlarının fəxri kürsüsünə qalxıb.

Efiopiyalı Lameha Girma qalibdən təxminən iki saniyə geri qalaraq gümüş medalı qazanıb. Bürünc medala isə liderdən səkkiz saniyədən çox geri qalmış keniyalı atlet Abraham Kibivot sahib olub.
2023 Yüngül atletika üzrə dünya çempionatı. Maneələrlə qaçış, 3000 metr. Kişilər:

  1. Sufyan Əl-Bakkali (Mərakeş) – 8,03.53;
  2. Lameha Girma (Efiopiya) – 8,05.44;
  3. Abraham Kibivot (Keniya) – 8,11.98.

Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vuruluacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: