Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında kişilər arasında 4×100 metr məsafəyə estafet yarışı başa çatıb.
Arena.az xəbər verir ki, heyətində Noa Laylzın yer aldığı ABŞ komandası qızıl medala sahib olub.
Amerikan atletlər məsafəni 37,38 saniyəyə qət ediblər.
Gümüş medalı 37,62 saniyə göstəricisi ilə İtaliya komandası, bürünc medalı isə 37,76 saniyə nəticə ilə Yamayka atletləri qazanıblar.
2023 Dünya çempionatı. 4×100 metr məsafəyə estafet yarışı. Kişilər komandası:
- ABŞ – 37,38 saniyə;
- İtaliya – 37,62 saniyə;
- Yamayka – 37,76 saniyə.
Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına bu gün yekun vuruluacaq.


