Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında hündürlüyə tullanma üzrə kişilər arasında yarış başa çatıb.
Arena.az xəbər verir ki, italyan atlet Canmarko Tamberi karyerasında ilk dəfə dünya çempionatının qızıl medalını qazanıb.
Gümüş medalı Tamberi kimi 2,36 metr hündürlüyə tullanmış amerikan atlet Cuvon Harrison tutub. Amma amerikan atlet italyan atletdən fərqli olaraq bunu ikinci cəhdində bacarıb. Ümumiyyətlə 2,36 nəticə mövsümün ən yaxşı nəticəsidir.
Üçqat dünya çempionu, 2020-ci il Olimpiadasının “qızıl”ını Tamberi ilə bölüşmüş qətərli Mutaz Essa Barşim bürünclə kifayətlənib.
2023 Yüngül atletika üzrə dünya çempionatı. Hündürlüyə tullanma. Kişilər:
- Canmarko Tamberi (İtaliya) – 2,36 metr;
- Cuvon Harrison (ABŞ) – 2,36 metr;
- Mutaz Essa Barshim (Qətər) – 2,33 metr.
Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vuruluacaq.


