Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında qadınların 100 metr məsafəyə maneələrlə qaçış yarışı başa çatıb.
Arena.az xəbər verir ki, qızıl medalı yamaykalı atlet Daniele Uilyams qazanıb.
Uilyams 12,43 saniyə göstəricisi ilə özünün mövsümdə ən yaxşı nəticəsinə imza atıb. Xatırladaq ki, Uilyams 2015-ci ildə də dünya çempionu olub.
Puerto-Riko təmsilçisi Jasmin Kamaço-Kuinn 12,44 saniyə göstəricisi ilə gümüş, ABŞ təmsilçisi Kendra Harrison isə 12,46 saniyə göstəricisi ilə bürünc medalı qazanıb.
2023 Dünya çempionatı. 100 metr məsafəyə maneələrlə qaçış. Qadınlar:
- Daniele Uilyams (Yamayka) – 12,43 saniyə;
- Jasmin Kamaço-Kuinn (Puerto Riko) – 12,44 saniyə;
- Kendra Harrison (ABŞ) – 12,46 saniyə.
Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vurulacaq.


