Yüngül atletika: Dayaqla tullanmada “qızıl”a iki “adaxlı”

Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında qadınlar arasında dayaqla tullanma yarışı başa çatıb.

Arena.az xəbər verir ki, yarış avstraliyalı atlet Nina Kennedi və amerikan atlet Keti Mun arasında inanılmaz mübarizə ilə yadda qalıb.

Hər iki atlet eyni nəticəni göstərib – 4,90 metr hündürlüyü götürərək dünya çempionu olublar.

Vurğulayaq ki, 4,90 metr mövsümün ən yaxşı nəticəsidir.

2013 Yüngül atletika üzrə dünya çempionatı. Dayaqla tullanma. Qadınlar:

  1. Nina Kennedi (Avstraliya) – 4,90 metr;
  2. Keti Mun (ABŞ) – 4,90 metr;
  3. Vilma Murto (Finlandiya) – 4,80 metr;
  4. Tina Şutey (Sloveniya) – 4,80 metr;
  5. Molli Koderi (Böyük Britaniya) – 4,75 metr.

Vurğulayaq ki, Keti Mun həm də cari Olimpiya çempionudur. Nina Kennedi isə ötən dünya çempionatında bürünc medal qazanmışdı.

Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: