Yüngül atletika: Dyuplantis dayaqla tullanmada titulunu qorudu

Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında kişilər arasında dayaqla tullanma yarışı başa çatıb.

Arena.az xəbər verir ki, 24 yaşlı isveçli olimpiya çempionu Arman Dyuplantis 6,10 metr hündürlüyə tullanmaqla, çempion titulunu qoruyub.

Artıq qalib qismində Dyuplantis 6,23 metr hündürlüyü təyin edərək, özünün dünya rekordunu qırmağa cəhd etsə də, uğursuz olub.

Gümüş medalı Filippin təmsilçisi Ernest Con Obyena qazanıb.

Bürünc medala isə iki nəfər “eçli” düşüb: avstraliyalı atlet Körtis Marşall və amerikan atlet Kristofer Nilsen 5,95 metr nəticə göstəriblər.

2023 Dünya çempionatı. Dayaqla tullanma. Kişilər:

  1. Arman Dyuplantis (İsveç) – 6,10 metr;
  2. Ernest Con Obyena (Filippin) – 6,00;
  3. Körtis Marşall (Avstraliya) – 5,95;
  4. Kristofer Nilsen (ABŞ) – 5,95.

Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına bu gün yekun vuruluacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: