Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında kişilər arasında 110 metr məsafəyə maneələrlə qaçış yarışları başa çatıb.
Arena.az xəbər verir ki, qızıl medalı məsafəni 12,96 saniyəyə qət etmiş amerikan atlet Qrant Hollouey qazanıb.
Bu, Holloueyin dünya çempionatlarında ardıcıl üçüncü qələbəsidir. Hollouey əvvəllər 2019 və 2022-ci illərdə dünya çempionatının qızılını qazanmışdı.
Yamaykalı atlet Hensl Parçment 13,07 saniyəlik nəticə ilə gümüş medalı, amerikan atlet Daniel Roberts isə 13,09 saniyəlik nəticə ilə bürünc medalı qazanıb.
Vurğulayaq ki, finalda Hollouey və Parçment bu mövsüm ən yaxşı şəxsi nəticələrini göstəriblər.
2023 Yüngül atletika üzrə dünya çempionatı. 110 metr məsafəyə maneələrlə qaçış. Kişilər:
- Qrant Hollouey (ABŞ) – 12,96 saniyə;
- Hansl Parçment (Yamayka) – 13,07 saniyə;
- Daniel Roberts (ABŞ) – 13,09 saniyə.
Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vurulacaq.


