Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında qadınlar arasında 5000 metr məsafəyə qaçış yarışı başa çatıb.
Arena.az xəbər verir ki, qızıl medalı ilk dəfə olaraq Keniya təmsilçisi Fait Çepnqetiç Kipyeqon qazanıb.
Keniyalı atlet 14:53,88 vaxt göstəricisinə nail olub.
Xatırdadaq ki, Kipyeqon cari çempionatda daha əvvəl özünün ixtisaslaşdığı 1500 metr məsafəyə qaçışda qızıl medalını qazanmışdı. Həmçinin Kipyeqon 1500 metr məsafəyə qaçışda ikiqat Olimpiya çempionu və üçqat dünya çempionudur.
Bu növdə gümüş medalı 14:54.11 göstəricisi ilə holland atlet Sifan Hassan, bürünc medalı isə 14:54,33 nəticə ilə Keniyanın digər bir təmsilçisi Beatris Çebet qazanıb.
2023 Dünya çempionatı. 5000 metr məsafəyə qaçış. Qadınlar:
- Fait Çepnqetiç Kipyeqon (Keniya) – 14:53,88;
- Sifan Hassan (Hollandiya) – 14:54.11;
- Beatris Çebet (Keniya) – 14:54,33.
Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına bu gün yekun vuruluacaq.


