Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında qadınların nizə atıcılığı üzrə yarışı başa çatıb.
Arena.az xəbər verir ki, qələbəni ilk dəfə bu uğura imza atmış 25 yaşlı yapon atlet Haruka Kitaquti qazanıb.
Kitaquti bir il əvvəl Yucində (Oreqon ştatı, ABŞ) keçirilmiş dünya çempionatında bürünc medal qazanmışdı.
Kitaquti 66,73 metrlik qalibiyyət atışına sonuncu, altıncı cəhdində nail olub.
Gümüş medalı ilk cəhdində 65,47 metr göstərici ilə kolumbiyalı atlet Flor Denis Ruis Urtado, bürünc medalı isə 63,38 metr göstəricisi ilə avstraliyalı atlet Makkenzi Littl qazanıb.
2023 Dünya çempionatı. Nizə atıcılığı. Qadınlar:
- Haruka Kitaquti (Yaponiya) – 66,73 metr;
- Flor Denis Ruiz Hurtado (Kolumbiya) – 65,47 metr;
- Mackenzie Little (Avstraliya) – 63,38 metr.
Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vurulacaq.


