Yüngül atletika: Laulauqa Tausaqadan ilk dünya çempionluğu

Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında qadınlar arasında diskatma yarışları başa çatıb.

Arena.az xəbər verir ki, 25 yaşlı ABŞ təmsilçisi Laulauqa Tausaqa karyerasında ilk dəfə dünya çempionatının qızıl medalını qazanıb.

Ən yaxşı, beşinci cəhdində Tausaqa diski 69,49 metrlik məsafəyə göndərib ki, bu da idmançı üçün yeni şəxsi rekorddur.

Gümüş medalı onun həmyerlisi Valari Ollman 69,23 metr nəticə ilə qazanıb. Bürünc medalçı isə Çin təmsilçisi Bin Fen olub. Fen altıncı cəhdində diski 68,20 metr məsafəyə fırlada bilib.

2023 Yüngül atletika üzrə dünya çempionatı. Diskatma. Qadınlar:

  1. Laulauqa Tausaqa (ABŞ) – 69,49 metr;
  2. Valari Ollman (ABŞ) – 69,23 metr;
  3. Bin Fen (Çin) – 68,20 metr.

Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vuruluacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: