Yüngül atletika: Marko Arop dünya çempionu oldu!

Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında kişilər arasında 800 metr məsafəyə qaçış yarışı başa çatıb.

Arena.az xəbər verir ki, 24 yaşlı Kanada təmsilçisi Marko Arop karyerasında ilk dəfə qızıl medal qazanıb.

Arop 800 metr məsafənin iki dövrəsini 1 dəqiqə 44,24 saniyəyə qət edib. Bir il əvvəl Yucində (Oreqon ştatı, ABŞ) keçirilmiş dünya çempionatında Marko Arop bürünc medal qazanmışdı.

800 metr məsafəyə qaçışda gümüş medalı 1:44,53 vaxt göstəricisi ilə Keniya təmsilçisi Emmanuel Vanioni, bürünc medalı isə 1:44,83 vaxt göstəricisi ilə britaniyalı atlet Ben Pattison qazanıb.

2023 Dünya çempionatı. 800 metr məsafəyə qaçış. Kişilər:

  1. Marko Arop (Kanada) – 1:44,24 saniyə;
  2. Emmanuel Vanioni (Keniya) – 1:44,53 saniyə;
  3. Ben Pattison (Böyük Britaniya) – 1:44,83.

Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vuruluacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: