Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında kişilər arasında 200 metr məsafəyə qaçış yarışı başa çatıb.
Arena.az xəbər verir ki, qələbəni daha əvvəl dünya çempionatında 100 metr məsafəyə qaçışda qalib gəlmiş ABŞ təmsilçisi Noa Laylz qazanıb.
Laylz 200 metr məsafəni 19,52 saniyəyə qət edib. Beləliklə məşhur yamaykalı atlet Useyn Boltdan sonra ilk dəfə olaraq, bir sprinter dünya çempionatında 100 və 200 metr məsafələrə qaçışda qalib gəlməyi bacarıb. Boltun sonuncu müvafiq uğuru 2015-ci ilə təsadüf edir.
Digər amerikan atlet Errion Nayton 19,75 saniyə döstəricisi ilə gümüş, Botsvana təmsilçisi Letsil Teboqo isə 19,81 saniyə göstəricisi ilə bürünc medalı qazanıb.
2023 Dünya çempionatı. 200 metr məsafəyə qaçış. Kişilər:
- Noa Laylz (ABŞ) – 19,52 saniyə;
- Errion Nayton (ABŞ) – 19,75 saniyə;
- Letsil Teboqo (Botsvana) – 19,81 saniyə.
Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vurulacaq.


