Yüngül atletika: Paulino 400 metrə qaçışda hamını qabaqladı

Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında qadınlar arasında 400 metr məsafəyə qaçış üzrə final yarışı baş tutub.

Arena.az xəbər verir ki, qızıl medalı Dominikan Respublikasının nümayəndəsi Marileydi Paulino qazanıb.

Paulino 48,76 saniyə nəticə göstərməklə, həm də milli rekorda imza atıb.

Xatırladaq ki, Marileydi Paulino bu növ üzrə 2020-ci il Olimpiadasının gümüş mükafatçısı, 4×400 metr məsafəyə qarışıq estafetdə 2022-ci ilin dünya çempionudur.

2023 Dünya çempionatı. 400 metr məsafəyə qaçış. Qadınlar:

  1. Marileydi Paulino (Dominikan Respublikası) – 48,76 saniyə;
  2. Natalya Kaçmarek (Polşa) – 49,57 saniyə;
  3. Sada Uilyams (Barbados) – 49,60.

Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: