Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında kişilər arasında uzununa tullanma yarışları başa çatıb.
Arena.az xəbər verir ki, qızıl medalı 8,52 metr məsafəyə tullana bilmiş yunan atlet Mitiadis Tentoqlu qazanıb.
Bu göstərici 25 yaşlı yunan atletin cari mövsümdə əldə etdiyi ən yaxşı nailiyyətdir, Tentoqlu karyerasında ilk dəfə dünya çempionu olub. Həmçinin Tentoqlu 2020-ci il Olimpiya Oyunlarının da çempionudur.
Yamaykalı yüngül atletlər – Ueyn Pinnok 8,50 metr və Tacay Geyl isə 8,27 metr nəticə göstərməklə, müvafiq olaraq gümüş və bürünc medal qazanıblar.
2023 dünya çempionatı. Uzununa tullanma. Kişilər:
- Mitiadis Tentoqlu (Yunanıstan) – 8,52 metr;
- Ueyn Pinnok (Yamayka) – 8,50 metr;
- Tacay Geyl (Yamayka) – 8,27 metr.
Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vurulacaq.


