Yüngül atletika: Varholm üçqat dünya çempionudur!

Budapeştdəki yüngül atletika üzrə dünya çempionatında kişilər arasında 400 metr məsafəyə maneələrlə qaçış üzrə final yarışı başa çatıb.

Arena.az xəbər verir ki, yarışın qalibi 2020-ci il Olimpiya çempionu norveçli Karsten Varholm olub.

2023 yüngül atletika üzrə dünya çempionatı. 400 metr məsafəyə maneələrlə qaçış. Kişilər:

  1. Karsten Varholm (Norveç) – 46,89 saniyə;
  2. Kayron Makmaster (Britaniya Vircin Adaları) – 47,34 saniyə;
  3. Ray Bencamin (ABŞ) – 47,56 saniyə.

Vurğulayaq ki, Varholm üçün bu, 400 metr məsafəyə maneələrlə qaçış üzrə növdə dünya çempionatlarında qazandığı üçüncü “qızıl”dır. Varholm əvvəllər 2017-ci və 2019-cu illərdə müvafiq növdə qızıl medal qazanıb. Həmçinin 27 yaşlı Varholm Avropa çempionatının ikiqat (2018, 2022) qalibidir.

Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: