“Yuventus” Nikolo Savonanın ciddi zədələndiyini açıqladı

“Yuventus” “byankoneri”nin 22 yaşlı italyan sağ cinah müdafiəçisi Nikolo Savonanın ciddi zədələndiyi haqda bəyanat yayıb.

Arena.az bu barədə Turin klubunun mətubat xidmətinə istinadən məlumat verir.

Futbolçu 2025-ci il FIFA Klub Dünya Kubokunun “Mançester Siti” ilə 3-cü tur qrup mərhələ oyununda (2:5) zədələnib. Savona topuğundan zədə alıb. Futbolçuda topuğun kapsul-bağ aparatının ciddi zədəsi aşkarlanıb, bərpa müddəti açıqlanmır. Savona üçün bərpa proqramı tərtib edilib, futbolçu bir aydan sonra yenidən tibbi müayinədən keçiriləcək. Məhz bundan sonra bərpa üçün gərək olacaq vaxt müəyyən ediləcək.

Nikolo Savona “Yuventus”un məzunudur. İtalyan müdafiəçinin Turin klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsüdə Savona “Qoca sinyora” üçün 40 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Nikolo Savona İtaliyanın U-20 və U-21 yığmalarnda çıxış edib, əsas yığmaya çağırı alsa da, debüt imkanı qazanmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı italyan sağ cinah müdafiəçisinin trasnfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: