Zak Braun Ferstappenin ağalığının F1-ə təsiri haqda danışdı

“Maklaren”in baş icraçı direktoru Zak Braun “Red Bull”un pilotu Maks Ferstappenin Formula 1-də üstünlüyü ilə bağlı fikirlərini paylaşıb.

Arena.az bu barədə ESPN-nin ABŞ xidmətinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, əsas sual Maks Ferstappenin Formula 1-də üstünlüyünün azarkeşləri yarışdan soyudub uzaqlaşdıra biləcəyi ilə bağlı olub.

“Yox. Birincisi, mənə elə gəlir ki, yürüşlər hələ də çox həyəcanlıdır. Və bu, təkcə kimin qalib olması ilə bağlı deyil, elə deyilmi? Mübarizə bütün trasda gedir və bu, heyrətamizdir. Bunun sonsuza qədər davam etməsini istəmirəm, amma bunun bizə necəsə zərər verdiyini də düşünmürəm. Rəqabətin dərinliyi heyranedicidir”, deyə Zek Braun vurğulayıb.

Hazırda hesabında 314 xala malik Ferstappen pilotların ümumi sıralamasında inamla liderlik edir. İkinci yerdə 189 xalla onun komanda yoldaşı Serxio Peres qərarlaşıb. İlk üçlüyü 149 xalla “Aston Martin”dən Fernando Alonso qapayır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: