Zak Braun: “Yanvarın 1-nə DÇ-də qələbə üçün hər şeyimiz olacaq”

“Maklaren”in icraçı direktoru Zak Braun Britaniya komandasının çempionatda qələbə uğrunda mübarizə apara biləcəyi vaxtdan danışıb.

Arena.az bu barədə “Motorsport” dərgisinə istinadən məlumat verir.

“Son beş ildəki boşluqlarımız artıq yoxdur. Şəxsi aerodinamik borumuzun olmaması, 20 illik simulyator, CFD texnologiyalarında geriqalma böyük boşluqlardır. Amma hazırda bizdə bütün hissələr var və indi komanda daha dəqiq sazlanacaq.

Yanvarın 1-nə qədər bizim, artıq dünya çempionatını qazanmaq üçün lazım olan hər şeyimiz olacaq. Bizim fərqli rəhbərliyimiz, yeni strukturumuz var, yeni mütəxəssislər isə gəlirlər. 2025-ci ildə bizim üçün hər şey yeni səhifədən başlayacaq, çünki Rob Marşall və David Sançes işə 2024-cü ilin yanvarından tez qoşulmayacaqlar.

2024-cü il mövsümü üçün bolidimiz artıq hazırlanır və özü də bu işə bütün mütəxəssislərimiz cəlb olunmayıb. Gəlin, irəliyə doğru böyük bir addım atmalı olduğumuz 2025-ci ilə qədər gözləyək”, deyə Zak Braun səbr nümayiş etdirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: